Logo

Manaf Almaniyaya eks-kürəkəninin biznesini dağıtmağa gedib? - Açıqlama

Manaf Almaniyaya eks-kürəkəninin biznesini dağıtmağa gedib? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Manaf Ağayev Almaniyaya nə üçün getdiyinə aydınlıq gətirib.

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, "5/5” verilişinin qonağı olan ifaçı bu ölkəyə keçmiş kürəkənin biznesini dağıtmağa deyil, müalicə üçün getdiyini deyib:

"Almaniyaya getmişdim, dostum Yusifin yanına, müalicəyə getmişdim. Getdim yoxlandım, gəldim. Mən heç kəsin evini yıxan deyiləm. Biz kimik ki, kiminsə biznesini bağlayaq?”

Qeyd edək ki, M.Ağayevin  bu səfərinin məqsədini keçmiş kürəkəninin işlərinə ziyan vurmaq olduğu iddia edilirdi. Onun qızı Səmayənin 3 ay əvvəl boşandığı Taleh Hüseynov bu yaxınlarda baş tutan mülki məhkəmə prosesindən sonra eks qayınatasının onun Almaniyadakı biznesini, şirkətinə ziyan vuracağı ilə hədələdiyini bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR