Hamilə olan azərbaycanlı müğənnidən ŞOK ADDIM: Uşağı görün kimə verəcək - FOTO

Maqazin
20:47 / 09.10.2019
3453
"Hər şey daxil"də qonaq qolan müğənni Dəniz hamilə olduğunu efirdə etiraf edib.
Sfera.az milli.az-a istinadla xəbər verir ki, hamiləliyinin üçüncü ayını yaşayan Dəniz efirdə etdiyi etirafla hər kəsi təəccübləndirib.
Belə ki, bir oğlan övladı olan müğənni yenidən oğul anası olacağı təqdirdə dünyaya gətirəcəyi körpəsini həmkarı Mənzurə Musayevaya verəcəyini bildirib:
"Qız övladı olsa, özümə saxlayacam. Oğlan övladı olsa, Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla reklamlarda da danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm".
Verilişin digər qonağı Mənzurə Dənizin sözlərini təsdiq edib.