“Elə bilirlər ki, Doğuş məndən yaşca çox kiçikdir”- Xoşqədəm
20:26 / 15.02.2016
9856
Türkiyənin tanınmış pop-starlarından olan müğənni Doğuş və onun həyat yoldaşı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı "Yeni Müsavat”a müsahibə verib.
Gecce.az müsahibəni təqdim edir:
- Xoş gəlmisiz. Bu gün dünyanın bir qisminin "Sevgililər günü” kimi qeyd etdiyi bir gündür. Siz bu günə necə başladız?
Doğuş:
-Bizə hər gün "Sevgililər günü”dür... Və bu, gerçəkdən belədir... Səhər tezdən xanımıma kiçik bir sürpriz etdim.
-Xoşqədəm xanım, bəs siz Doğuş bəyə hansı sürprizi etdiz?
Doğuş:
-Onun varlığı sürprizdir mənə...
Xoşqədəm:
-"Sevgililər günü” olduğu yadımdan çıxmışdı (gülür). Təkcə özəl günlərdə deyil, bütün günlər cütlüklər üçün "Sevgililər günü” olmalıdır. Doğuşun dediyi kimi, hər günümüz həqiqətən də sevgi ilə başlayır, şükürlər olsun Allaha.
-İş həyatı, ölkələriniz arasındakı məsafələr aranıza çoxmu girir? Nə qədər birlikdə, bərabər olma şanslarınız olur?
Xoşqədəm:
-Bəzən bir ay bir-birimiz görmürük, bəzən bir həftə bir yerdə oluruq. İş olmayan kimi bir-birimiz görməyə tələsirik.
Doğuş:
-Hələ ki, belədir. Bu barədə oturub danışmağımız lazımdır...
"Qarşıma şərt qoyub ki, uşaqlardan sonra getməliyik”
-Öndəki planlar nədir? Necə düşünürsüz - Xoşqədəm xanım Türkiyəyə gəlməlidir, ya siz Azərbaycanda qalmalısız?
Doğuş:
-Mənə qalsa sabah apararam onu.
Xoşqədəm:
-Artıq qarşıma şərt qoyub ki, uşaqlardan sonra getməliyik. Hətta orda televiziyada işləməyim üçün danışıqlar aparıb.
-Yəni, Xoşqədəm Hidayətqızı Türkiyəyə köçə və orda televiziyada işləyə bilər?
Xoşqədəm:
-Bu, Doğuşun istəyidir. Amma sizin gözünüzün qarşısında mən illərə işimlə bağlı əziyyət çəkmişəm, bir yerlərə gəlmişəm. İndi hər şeyi arxamda buraxıb, Türkiyəyə köçməmi istəyir. Ona görə bu məsələ barəsində aramızda fikir ayrılıqları var.
-Yəni, Doğuş bəy sizdən böyük bir fədakarlıq istəyir.
Xoşqədəm:
-Uşaqlarımız üçün istəyir.
-Uşaqlar deyəndə ki... Yəni, əkizdirlər?
Doğuş:
-Bəli.
-Təbrik edirik. Cinsiyyəti bəllidirmi?
Doğuş:
-Biri bəllidir, o biri özünü gizlədir (gülür).
-Anlaşılan budur ki, uşaqlar doğulduqdan sonra Doğuş sizi Türkiyəyə köçürəcək.
Xoşqədəm:
-İndidən aparmaq istəyir ki, uşaqlar Türkiyədə doğulsun. Türkiyə bizim vətənimizdir. "Azərbaycan və ya Türkiyə”, - deyə ayrı-seçkilik etmirik. Amma mən də buranı istəyirəm. Doğmalarımın mənim yanımda olması mənə böyük güc verir. Təbii ki, Türkiyəni sevirəm. Orda da Doğuşun çox yaxşı çevrəsi var. Doğuş mənə işlərimdə böyük dəstək verir.
Doğuş:
-İstəyirəm işləməsin...
"...Bu qəzetdən canımızı qurtarın”
Burada Xoşqədəm xanım iş karyerası barədə, eləcə də ANS-dəki fəaliyyəti haqda suallarımıza cavab verərkən maraqlı məqamlara toxundu. O, 2000-ci ildə mediaya olan total basqıları xatırladaraq, Rauf Arifoğluna xitabən dedi:
- Yadınızdadırmı, "Üç nöqtə”nin məhkəmə ərəfəsi? Mən bunu ilk dəfədir ki, açıqlayıram. Mənim qəzetimi qapatmaq istəyirdilər, gərgin mübarizə gedirdi. O vaxt siz və digər redaktorlar mənim yanımda idiniz, dəstək verirdiz... Ümumilikdə götürəndə, məni heç vaxt kişilər müdafiə etməyib. Hansısa mübarizədə daha çox onlardan zərbə almışam; təbii ki, parlaq istisnalar da var. Həmin vaxt bir məsələ ilə əlaqədar şəxsən Heydər Əliyevə məktub yazmışdım. O məktubu vermək üçün Prezident Aparatına getmişdim. Məni qəbul edən adamın adını çəkməyəcəm. Qəbulda, otaqda olarkən birdən həmin adama zəng gəldi. O da telefonun mikrofonunu açdı. Zəng edən bizim həmkarlardan, mənə guya dəstək olanlardan biri idi. Ümumi söhbətdən sonra mənim mövzumu danışdılar.
Həmkarım gülərək dedi ki, "Əşi, mübarizədir də aparırıq. Bağlayın bu qəzeti, sizin də bizim də canımız qurtarsın”... Bu mənə çox pis təsir etmişdi. Daha sonra gəlib press-klubda toplantı keçirmək istədim. O zaman bir zənglə bir neçə tanınmış redaktoru oraya yığmaq olurdu. Toplantıda bildirdim ki, mən mübarizəmi fərdi olaraq aparmaq istəyirəm, kimsə məni dəstəkləməsin. Hamı bildi ki, nəsə olub. Çaşqın halda bir-birinə və mənə baxırdılar. Onda Rauf bəy qalxdı ("Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu), əlini masaya vuraraq dedi: "Fərdi oldu, olmadı, mən Xoşqədəmin yanındayam. Kim də mənim yanımdadırsa, sona qədər bərabər gedəcəyik”... Onda məni qəhər boğmuşdu... Amma sonuna qədər getdik, "Üç nöqtə” qalib gəldi...
2015-ci il də mənim üçün gərgin il oldu və həmin vaxtda ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin ən kritik, həyatımın ən həlledici məqamlarında mənə yardım etməsinin şahidi oldum. Teleradio Şurası ilə məlum skandalda və məhkəmə prosesləri zamanı ona dedim ki, əgər problem mənəmsə, bütün bunlar mənə görədirsə, mən gedə bilərəm və yaxud bu olaylara mən də münasibət bildirim. Onda Vahid Mustafayev dedi ki, ANS-in yönəldənlər döyüşün, müharibənin nə olduğunu yaxşı bilirlər, oddan alovdan keçiblər. Bizdə mübarizədə və savaşda qadın öndə deyil, arxada gedir; kişi isə onu qorumaq üçün öndə döyüşür. Sən öz işinlə məşğul ol.
-Baxmayaraq ki, çoxları deyirdi ki, Xoşqədəm Hidayətqızı üçün ANS-də işləmək çox çətin olacaq.
"Bizim üçün hər gün "Sevgililər günü”dür...”
Xoşqədəm:
-Bilirsiz ki, ANS-in ətrafında işləmək üçün mürəkkəb, çətin bir yer kimi obraz, imic yaradılıb. Bilmirəm kim necə qiymətləndirir. Mən aylardır ki, işləyirəm, bu günədək nə özümə, nə də yanımda işləyən şəxslərə qarşı yaradıcılıq münasibətlərindən başqa pis, mənfi münasibət görməmişəm. Bu danılmaz faktdır ki, istər Vahid Mustafayev, Seyfulla Mustafayev istərsə də digərləri, onlar peşəkar insanlardır. Və təbii ki, peşəkar insanlarla işləmək çox çətindir. Baxmayaraq ki, mən ANS-ə Xoşqədəm Hidayətıqızı kimi, bir sima olaraq getmişdim, bu gün belə bu peşəkar insanlardan nələrisə öyrənirəm. Bu məsələ ilə bağlı fikrimi bu cür bitirirəm – kimin harada işləməsindən asılı olmayaraq ANS-i qorumalıdır. Çünki ANS müstəqil Azərbaycanın tarixi ilə eyni yaşda olan kanaldır.
-Yəqin ki, bir azdan analıq məzuniyyətinə çıxacaqsınız. Bəs uşaqlar doğulduqdan sonra fəaliyyətinizi necə davam edəcəksiz?
-Əvvəla, bilmirik ki, başımıza sonra nə gələcək. İnşallah hər şey yaxşı olar. Amma sizə bir məlumat verim ki, bizim bir prodakşınımız var. Onun üzərində işləyirəm. Çox istəyirik ki, həmin prodakşının məhsullarını başqa televiziyalara verək... Bu, sadəcə mənim arzularımdır.
-Doğuş bəy, Xoşqədəm xanım tanınmış jurnalist, tele-aparıcıdır. Zaman-zaman ona qarşı basqılar olur. Görünüşdə siz susursuz, amma gerçək necədir? Bütün bunlara çoxmu qəzəblənirsiz? Onu sıxışdıran, üstünə gələn çevrələrlə əlaqə yaradıb, söz demək, söyləmək, bəzən yumruqlamaq ürəyinizdən keçirmi, "mənim qadınımdan nə istəyirsiz”, deyə, hayqırmaq istəyirsinizmi?
Doğuş:
-Ailənin böyüyü olaraq ürəyimdən bəlkə də bu cür şeylər keçə bilər. Amma onun iş həyatına qarışmıram, necə ki, o da mənim. Mən bəlli bir həyat planları cızmışam, əgər o yolların içərisinə girsək yürüməyə davam edəcəyik. Amma təəssüf ki, o, öz istədiyi yollarla gedir və mənə də dəstək vermək düşür...
"Biz kişilər həmişə sanırıq ki, qərarları biz veririk, amma gerçəkdə qadınlar nə deyirsə o olur”
-Evlilik ərəfəsində türkiyəli jurnalist sizdən soruşanda ki, "ailədə rəis kim olacaq?”, Xoşqədəm xanım "bizdə rəis kişi olur, təbii ki, Doğuş”, demişdi. İndi vəziyyət dəyişdimi yəni?
Doğuş:
-Biz kişilər hər zaman belə olduğunu düşünürük. Həmişə sanırıq ki, qərarları biz veririk, amma işin gerçəyi başqadır. Gerçəkdə qadınlar nə deyirsə o da olur.
-Ailənizlə bərabər, ana bətnində olan uşaqlarınız da bu basqılardan, həyəcan və stresslərdən təsirlənir...
Doğuş:
-Zatən bu səbəbdən başımıza bir dəfə talehsiz olay gəldi. Zor-güc onu atlatdıq. Bu dəfə uşaq olduğunu 5 ay sirr kimi saxladıq. Lakin elə bir dönəm gəldi ki, onu açıqlamalı olduq...
"Mənə yazdığı mahnını albomuna daxil etməyib”
-Türkiyəyə nə zaman dönürsüz?
Doğuş:
-Sabah.
-Təkmi?
Doğuş:
-Tək. Mənim ağır iş rejimim, konsertlərim, kino çəkilişlərim var.
-Ailənin İstanbulda qalacağı ev varmı?
Doğuş:
-Var.
-"Aklında bulunsun” adlı yeni albomunuz çıxdı. Albomunuzda hansı yeniliklər var?
"Mələyim” mahnısı da varmı orda?
Xoşqədəm:
-Yox, mənə yazdığı həmin mahnını ora daxil etməyib.
-Xanımınıza bu günədək neçə mahnı həsr etmisiz?
Doğuş:
-"Mələyim”lə bərabər 3 mahnı. Albom çıxdı. Amma bu, Türkiyədə yaşanan faciəvi olaylara təsadüf etdiyinə görə təqdimatını etmədim. Bir klip, ardınca iki klip çəkdik, inşallah gələn həftə televiziya kanallarında yayımlanar. Onların birinin adı "Hain”, o birisinin adı isə "Araf”dır. Yaxın iki ayda daha iki klip olacaq. Onlardan birinin adı "Bunun adına yürek derler” (əskisinin yeni versionudur) digəri isə "Aklımda bulunsun” dur.
-Bundan əvvəl bəzi mahnılarınız müəyyən zamanlarda birincilik qazanıb. Bu albomda sizi yenə də birinci edə biləcək mahnılarınız varmı?
Doğuş:
-"Hain” çox iddialıdır.
-Onun motivi nədir, sevginin yoxsa, ölkənin xaini?
Doğuş:
-Sevginin...
-Doğuş bəy, Azərbaycan ləhcəsini mənimsəyə bilmisinizmi?
Doğuş:
-Əlbəttə, sizin dediklərinizi anlayıram.
-Bəs ailənizdə ortaq ləhcə hansıdır?
Doğuş:
-O, azərbaycanca, mən də türkcə danışırıq, ortaq nöqtəmizi tapa bilirik.
-Azərbaycanda son öyrəndiyiniz kəlməni xatırlayırsınızmı, hansı ki, həmdə sizə qeyri-adi gəlib?
Doğuş:
-Yox, mənə qeyri-adi gələn heç nə yoxdur.
Xoşqədəm:
-Əvvəllər qeyri-adi gəlirdi.
Doğuş:
-Əvvəldə bəli.
Xoşqədəm:
-Məsələn "heç nə” deyirdim. Anlamırdı, "heç nə” nə deməkdir, deyə sorurdu...
-Uşaqlara azərbaycanlı, yoxsa türk dayə baxacaq? Bəlkə hər iki tərəfdən olsun?
Doğuş:
-Zatən elə olmaldır. İki uşağa baxmaq asandırmı?
-Azərbaycanlıların özlərinə məxsus ailə adət-ənənələri var. Onların arasında hansı sizə daha fərqli, qeyri-adi, maraqlı gəlir?
Doğuş:
-Əslində adət-ənənələrimiz o qədər də fərqli deyil. Bizlər də özəl həyatımıza çox diqqət edirik, sizlər də.
-Doğuş bəy, sizin internat, uşaq evlərinə dəstək və yardımlarınız, özəl münasibət göstərməyiniz barədə Türkiyə mətbuatında dəfələrlə yazılıb. Bu ilginiz yenə davam edirmi?
Doğuş:
-Son 12-13 ildə çox şey dəyişdi. Artıq mənim ölkəmdə uşaq evləri daha şəraitli, daha gözəldir. Küçələrdə qalan uşaqlar yox deyiləcək qədər azdır, amma əlimizdən gələn qədər yardım edib, xeyriyyə konsertləri veririk. Dövlətimiz o uşaqlarla çox dəstək olur.
-Xoşqədəm xanım, Doğuş bəy Azərbaycandakı küçə uşaqları ilə də maraqlandımı?
Xoşqədəm:
-Bəli. Onun uşaq və internat evlərində konsertləri oldu. Bir uşağı da övladlığa götürmək istəyirdik, amma alınmadı, bəlkə də belə daha məsləhətli imiş.
-Doğuş bəy, son zamanlar efirlərdə az görünürsüz, sanki fəaliyyətinizdə durğunluq var?
Doğuş:
-Bu, mənim öz seçimimdir. Efirlərdə, maqazin verilişlərində olmaq istəmirəm. Son dövrlər içimdən belə gəlir.
"Elə bilirlər ki, Doğuş məndən yaşca çox kiçikdir”
-(Uzun saqqalına işarə edərək) İmicinizdə dəyişiklik var. Bu, kino çəkililşlərinə görədir?
Doğuş:
-Həm filmlə əlaqədar, həm də yaşıma, öz tərzimə belə uyğun olduğunu düşünürəm.
-Bəs Xoşqədəm xanım nə düşünür bu barədə?
Xoşqədəm xanım:
-Biz eyni ildə doğulmuşuq. Təsəvvür edin ki, biz şəkil paylaşırıq, hamı yazır ki, Doğuş daha gəncdir. Ona görə də onun saqqal buraxması mənim işimə yarayır. Eyni yaşda görünürük (gülür). Elə bilirlər ki, o, yaşca məndən çox kiçikdir.
"Uşaqlardan birinin adını...”
-Əkizlərə ad fikriləşmisinizmi?
Doğuş:
-Birinin azərbaycanlı, digərinki isə türk adı olacaq. Birinin adı Arda olacaq. O birinə də baxacayıq.
-Doğuş bəy film çəkəcək, ona hazırlaşır. Sizin üçün də danışıb ki, orda çalışasız. Bəs sizin Türkiyə üçün hansı layihəniz var?
Xoşqədəm:
-Ora üçün çalışmalarımızın istiqaməti Doğuşun çəkdiyi filmdən sonra məlum olacaq. Əgər film həqiqətən də yaxşı tutarsa, mən qərarımı verəcəm.
-Film haqqında fikriniz nədir, tutacaqmı?
Xoşqədəm:
-Ssenarisi yaxşıdır. Amma yenə də çox güclü bir rejissor işi olmalıdır.
-Doğuş bəyə bu barədə demisinizmi?
Xoşqədəm:
-Təbii, demişəm. Və inanıram ki, yaxşı olacaq.
-Doğuş bəy sizə 3 mahnı yazdı. Bəs siz ona nə yazdınız?
Xoşqədəm:
-Mən ona bütün həyatımı yazdım. 5 il insan həyatları ilə çalışan insan kimi deyirdim ki, bu əzablar, acılar nə zaman bitəcək. Çünki hər gecə kiminsə həyatı, taleyi ilə, onları düşünərək yatırdım. Allah mənim qarşıma bütün həyatı çətinliklər içərisində keçmiş, əzablardan sıyrılmış bir insan çıxartdı... İstanbulda gəzərkən Doğuş əlini uzadıb, deyir ki, əzizim bax, bu körpünün altında 3 gün qaldım... İndi hər gün o cür taleli insanla üz-üzəyəm...
-Həyat yoldaşınızın yaşadığı çətin gəncliyi, uşaqlığını özünüzlə müqayisə edəndə bəs, siz necə yaşamısız?
Xoşqədəm:
-Mən cəmi bir il valideynlərimi görməmişəm. Doğuş isə 17 il ailəsindən ayrı qalıb...Bizim həyatımızda oxşar cəhətlərmiz var. Bir dəfə dedim ki, Ankaradan keçəcəyiksə oradakı həkimlə görüşməliyəm... Həkimlə görüşəndə məlum dolu ki, 1998-ci ildə eyni problemlə, eyni həkimdə əməliyyat olunmuşuq... Biz bu kiçik təsadüfdən şokdaydık...
-Siz Doğuşa baxanda daha komfortlu yaşamısız?
Xoşqədəm:
-Bəli. Valideynlərim mənim arxamda durub, mənə təhsil verib, toy ediblər. Amma Doğuş nə qazanıbsa tək başına, ailəsiz qazanıb... Biz Doğuşu verilişimizə ilk dəfə ona görə çağırmışdıq ki, uşaqlara göstərək ki, küçələrdə, uşaq evlərində, internatlarda böyüyən uşaqlar, insanlar da bacarıqlı, star, tanınmış ola bilər... Elə bu vəsilə ilə də biz tanış olduq... Biz isti ailə təması ilə böyümüşük. Amma Doğuş bunların heç birini görməyib. Buna görə ona hörmətim böyükdür. O, yenidən doğulub, yenidən özünə ad qoyub və yenidən özü öz həyatını təkbaşına yazıb. Düşünürəm ki, Doğuş məndən daha güclüdür. Mən ailəmin dəstəyi ilə Xoşqədəm Hidayətqızı olmuşam, Doğuş isə təkbaşına. Deməli, işləmək lazımdır.
-İdeal ata modelidirmi?
Xoşqədəm:
-Bəli, ideal ata, ideal həyat yoldaşıdır. Doğuş kimi insan heç vaxt xəyanət etməz, pis vərdişlərdən uzaqdır...
-Doğuş bəy, siyasətlə maraqlanırsınızmı?
Doğuş:
-Mən liderimiz, prezidentimiz Rəcəb Tayib Ərdoğanı çox sevirəm.
-Liderinizi sizə sevdirən ən özəl tərəfi hansıdır?
Doğuş:
-Adam oluşu.
-Ondan sonra, ikinci kim var sırada?
Doğuş:
-Mənim üçün ikinci sıra yoxdur...
"Mənə basqı etmişdi, "Fenerbahce”ni tutum deyə”
-Bəs hansı futbol komandasına azarkeşlik edirsiniz?
Doğuş:
-"Fenerbahce”, Azərbaycanda da "Qarabağ”.
-Bəs, siz, Xoşqədəm xanım?
Xoşqədəm:
Mən "Qalatasaray”
Doğuş:
-(Gülərək) Həyat yoldaşım istədiyi komandanı tuta bilər...
Xoşqədəm:
-Yox, ilk əvvəl mənə basqı etmişdi, "Fenerbahce”ni tutum deyə.
Doğuş:
-Amma uşaqlar "Feneli” olacaq (gülür).
Xoşqədəm:
-Buna görə aramızda dava olmuşdu. Mən "Qalatasaray”lıyam, necə dəyişim axı? (gülür).
"Alim Qasımov üçün mahnı yazmışam”
-Doğuş bəy, hansı Azərbaycan mahnısını sevirsiz?
Doğuş:
- Sevdiyim çox mahnı var. Alim Qasımovun oxuduqlarını da çox sevirəm.
- Özünüz üçün zümzümə etdiyiniz hansı mahnı var?
Doğuş:
-Fikrindən gecələr, yata bilmirəm....("Ayrılıq” mahnısından bir parça oxuyur).
-Alim Qasımovla birgə planlarınız var idi. Ona mahnı yazacaqdınız...
Doğuş:
-Verdiyimiz sözün arxasındayıq. Amma ona layiq olan mahnını axtarırdım. Oxuyacağımız muğam və türk qarışığı olacaq. Mahnını artıq yazmışam, Alim Qasımov bəyənsə, birlikdə oxuyacağıq.
-Muğamlarımızı dinləməyi xoşlayırsız?
Doğuş:
-Bayılıram (yəni həddindən artıq sevirəm – Red. ).
-Oxumağa cəhd etdinizmi?
Xoşqədəm:
-Vallah yoruldum onun hər gün muğam hazırlıqlarına qulaq asmaqdan (gülür). Çox istəyir ki, "Əziz dostum” mahnısını oxusun. (Bu məqamda Doğuş avazla "Əziz dostum” mahnısını oxuyur. "Əziz dostum məndən küsüb, inciyib...”)
-Gələcək konsert komandanızda ailəniz də yer ala bilərmi? Yəni, bir səhnə göstərişi və sairə.
Doğuş:
-Rəbbim izn versə, övladlarımın birini bir tərəfimə, o birini digər tərəfimə (əli ilə göstərir) alıb, səhnəyə çıxmağı düşünürəm.
-Konsertləriniz daha çox harada olur?
Doğuş:
-Almaniyada, Fransada, Avstraliyada, ... hər yerdə.
-Sizi dəvət edirlər ya özünüz bunları planlayırsız?
Doğuş:
-Dəvət edirlər.
-Pul daha çox Türkiyədəki, ya xaricdə verdiyiniz konsertlərdən gəlir?
Doğuş:
-Fərq etmir...
-Azərbaycanda neçə konsert vermisiz?
Xoşqədəm:
-Məndən öncə olub. (Evliliklərindən əvvəli nəzərdə tutur)
-Niyə Xoşqədəm xanımla evləndikdən sonra konsert vermədiz?
Doğuş:
-Bilmirəm, bu haqda heç düşünmədik...
Xoşqədəm:
-Amma Doğuş istəyir ki, əsgərlərin önündə konsert versin. O həmişə deyir ki, Azərbaycan bir gün savaşa girsə mən də savaşmağa hazıram.
-Türkiyə sənətçilərinin şəxsi həyatları daima şou verilişlərində yayımlanır. Məsələn hansısa restoranda kiminləsə yemək yeyəndə fotoları çəkilir və sairə. Nədənsə sizi o cür yayımlarda görə bilmirik. Xoşqədəm xanımla olan evliliyiniz onlara maraqlı gəlmir, yoxsa malzəmə vermirsiniz?
Doğuş:
-Biz mətbuatın girə biləcəyi yerlərə getmirik.
Əgər mətbuatın olduğu yerə getmək istəsək həmin yerə gedərik və malzəmə də verərik... Bu, bizim öz seçimimizdir. Bunu artıq insanlar anlasın.
-Yəni, o sənətçilər bunu özləri istəyilər?
Doğuş:
-(Ehtiyatı əldən vermir) Hər kəsin öz həyatı var. Biz kimsəyə qarışmırıq.
Xoşqədəm:
-Şəxsən mən istəmirəm ki, haqqımızda maqazin xəbərlərində çıxsın. Əslində mən Doğuşa çox ziyan vururam. Doğuşun dostlarından biri də mənə dedi ki, sən Doğuşu maqazindən, efirlərdən çox uzaq tutmaqla, onun sənətinə mane olursan.
-Anlaşıldı niyə Doğuş efirlərdə görünmür...Dostlarınız sizin azərbaycanlı xanımla evlənməyinizi necə qarşıladı?
Doğuş:
-Hər kəs çox gözəl qarşıladı.
Xoşqədəm:
-Hətta bəzi dostları var ki, deyirlər ki, kaş ki, biz də gedib azərbaycanlı qızla evlənək.
- İlk dönəmlərdə çox adam düşünürdü ki, bu evlilik çox da davam gətirməyəcək.
Doğuş :
-Bu iddialara alışdıq artıq...
Xoşqədəm:
-Bu, bir qismətdir, ayrılıq kiminsə istəməsindən aslı deyil. Taleyimizdə nə yazılıbsa onu da yaşayacayıq.
-Tanış olduqdan neçə müddət sonra evlilik təklifi etdiz?
Doğuş:
- Gördüyüm həmin an...
Xoşqədəm:
- Mən də dedim ki, sizi tanımıram (gülür).
Doğuş:
-6 ay sonra cavab aldım. Bu 6 ay ərzində məni axtarıb, araşdırıb.
Xoşqədəm:
-Mən Türkiyədə tanıdığım bir bələdiyyə başqanı ilə əlaqə saxlayıb ondan Doğuşu soruşdum. Dedi ki, çox qürurlu, kişilikli, sənətçi, fərqli insandır. Dedim ki, bəs, mənə evlilik təklifi edib. Adam bir neçə dəqiqə susdu. Dedi ki, mən onu deyə bilmərəm. Amma insan kimi çox mərd insandır. Dedi ki, sənətçidir, bir gün kiminləsə rəsmini görə bilərsən ( gülür)...
-Elçilik oldumu?
Xoşqədəm:
-Gəldi ata-anamla görüşdü.
Doğuş:
-Onların xeyir-duası olması şərtdir.
Xoşqədəm:
-Onlar Doğuşu çox sevirlər...