"Mən yoldaşımın qeyrətinə inanıram" - Tacirdən Vasifə SƏRT CAVAB - FOTO

Əməkdar artist Vasif Məhərrəmlinin "Hər şey daxil"də etdiyi "Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram. Bu, xarakterə bağlı bir şeydir" açıqlaması növbəti qalmaqalın əsasın qoyub.

Son zamanlar ailəsi ilə efirlərdə tez-tez görünən Tacir Şahmalıoğlu həmkarının bu açıqlamasına sərt reaksiya verib.

Sfera.az xəbər verir ki, milli.az-a danışan Tacir həyat yoldaşı ilə efirə çıxmağının səbəbini belə izah edib:

"Mənim yoldaşım mənsiz efirə çıxmır ki, mənim yanımda çıxır da. Mən onun arxası, dayağıyam. Bizim ailədə etibar, inam var. Mən yoldaşıma inanıram, onun qeyrətinə inanıram. Mən ona inanıramsa, o, efirə çıxdı-çıxmadı, bunun nə dəxli var ki?! Əsas odur ki, ailədə möhkəmliyi qoruyasan. Efirə çıxmaqla, arvadı göstərməklə... O nə deməkdir ki? Çəkiliş üçün ailəmə də gəlirlər, bir dəfə də Zaurun veriişinə gedib çıxmışıq. Çəkilişdir də, orada nə var ki?! Belə, həmişə mənim evimə gəliblər çəkilişə. Mən heç vaxt çəkinməmişəm. Heç vaxt da mən ona pis baxmıram. Mənlə bərabər mənim yoldaşım niyə çəkilməsin ki? Mənim uşağımın anasıdır. Mənim uşağıma sual verirlər. Mənim verdiyim cavab xanımımın cavabı ola bilməz, nədə ki, xanımımın verdiyi cavab mənim cavabım ola bilməz. O, bir ana kimi cavab verir, mən də bir ata kimi cavab verirəm. Amma götürəndə, istəyirəm ki, xalq görsün ki, biz xoşbəxt bir ailəyik. Biz bir-birimizə inanan, aramızda pərdə, bir-birimizə sonsuz sevgimiz. Bunu xalq görəndə nə olur ki, güya?

O Vasif Məhərrəmlinin öz fikridir. Onun şəxsi fikrinə mən qarışa bilmərəm. Amma mən əməlimlə göstərirəm ki, mən elə edirəm. Buna da cavabdehəm. Bundan ötrü də mənə heç vaxt minus "koment" yazılmayıb. Əksinə həmişə yazırlar ki, "Siz kişisiniz", "Belə Azərbaycan kişisi ilə biz fəxr edirik". Əgər mənim yoldaşımla ora çıxmağım bir minusdursa, indi mənə yazılan tənqidi şərhlərin ardı-arası yox idi. Amma hələ xalqdan bununla bağlı bir mənfi şərh görməmişəm. Yazanlar da hamısı deyir ki, "Nə gözəlsiniz, nə qədər yaraşırsınız bir-birinizə", "Allah sizi xoşbəxt eləsin". Hansı telekanal çəkiliş üçün evimə gələndə onları canla-başla qəbul edirəm. Evimdə səmimi söhbət gedəndə yoldaşım da qatılır, qızım da qatılır, oğlum da qatılır. Mən ailəmə bağlı adamam. Mənim ailəm bütövdür. Biz yumruq kimi bir ailəyik. Əgər bir barmaq orada açılarsa, onu kəsib ataram. 

 

Meşə çaqqalsız olmur. Görürsən ki, 20 nəfərin içində bir nəfərin adı pis çıxır. Mən ona şəfa arzulayıram. Ona duaçıyam ki, o da öz yoluna qayıtsın. Heç vaxt kiminsə haqqında haqsız söhbət etməsin".

Qeyd edək ki, Tacir sonuncu dəfə keçən şənbə günü xanımı və övladları ilə birgə "Zaurla Günaydın" proqramının qonağı olmuşdu. 



OXŞAR XƏBƏRLƏR

Tərtərdə minik avtomobili traktora çırpıldı

Tərtərdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az  xəbər verir ki, rayonun Evoğlu kəndi ərazis...

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...