Venesiya kinofestivalının əsas mükafatları onlara verildi - FOTO

Maqazin
21:02 / 09.09.2019
1420
Bu gün 76-cı Beynəlxalq Venesiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.
"Ria Novosti"nin verdiyi xəbərə görə, festivalın əsas mükafatına rejissor Roman Polanskinin "Zabit və casus" filmi layiq görülüb.
Film məşhur "Dreyfus məsələsi"ndən bəhs edir. Tarixi dram janrında çəkilmiş ekran əsərində əsas rolları Jan Düjarden, Lui Qarrel, Emmanuel Senye ifa edirlər.
Proficinema xəbər verir ki, "Qızıl Şir" isə rejissor Todd Filipsin "Coker" filminə qismət olub.
Arian Askarid ən yaxşı aktrisa, Luka Marinelli ən yaxşı aktyor nominasiyasının qalibi olub.



