Logo

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq (FOTO/VİDEO)

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq (FOTO/VİDEO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanlı ifaçı, Rusiyanın "Birinci kanalı”nda yayımlanan "Səs. Uşaqlar-3” populyar musiqi yarışının finalçısı Azər Nəsibov "Səs. 60+” müsabiqəsində aparıcı qismində ekranlara çıxacaq. 

Sfera.az "Sputnik”ə istinadən xəbər verir ki, Azər tezliklə çəkilişləri başlayacaq sözügedən layihənin aparıcılarından biri olacaq.

O, sevinc hisslərini bu cür dilə gətirib:

"Mən yenə də "Səs” yarışındayam. Aparıcı olmaq məsuliyyətli və çətindir. Bir neçə dəfə bu layihədə jurnalist qismində iştirak etmişəm. Dəvət üçün "Birinci kanalı”a təşəkkürümü bildirirəm”.

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq (FOTO/VİDEO)

Rusiya teleməkanında yayımlanacaq "Səs. 60+” musiqi yarışı "The Voice Senior” Niderland formatına uyğunlaşdırılıb.

Qeyd edək ki, A.Nəsibov Moskva kollecinin estrada-caz fakültəsində təhsil alır. O, Moskvada bir çox tədbirlərdə iştirak edir.

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR