Logo

“Avroviziya”nın qalibi müsabiqənin əsas qaydasını pozub – VİDEO

“Avroviziya”nın qalibi müsabiqənin əsas qaydasını pozub – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Avroviziya-2019” müsabiqəsinin qalibi hollandiyalı Dunkan Lourens mahnı müsabiqəsinin əsas qaydasını pozub – o, repertuarında olan köhnə mahnını oxuyub.

Sfera.az Buta.media-ya istinadla xəbər verir ki, müğənninin analoji kompozisiya ilə çıxışı 2017-ci ildə YouTube-da yerləşdirilib.

"Arcade " mahnısını ifa edən 25 yaşlı Dunkan Lourens 492 bal toplayıb. İkinci yeri 465 balla italiyalı artist Mahmood, üçüncü isə 369 balla Sergey Lazarev tutub.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında "Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

Müsabiqə İsraildə keçirilib və finalda 26 ölkə iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR