Müğənnilərin toy bazarı "can" verir: "Pulsuz da gedərəm"
09:37 / 08.02.2016
2379
"Toy sahibləri daha çox şadlıq evinin təklif etdiyi müğənnilərə üstünlük verirlər".
Azərbaycanda müğənnilərin toy bazarı demək olar ki, “can verir”. Təkcə müğənnilər deyil, elə şadlıq saraylarının adminstratorları da toyların ikiqat aşağı olmasına məyusdurlar. Əvvəl şadlıq evlərində yanvar-fevral aylarında 20 toy olurdusa, indi bu rəqəm ən yaxşı halda 3-4 olur.
Paytaxtda yerləşən şadlıq saraylarından birinin adminstratoru Oruc Mehdiyev ANS PRESS-ə toyların azaldığını və toy sahiblərinin artıq şou-biznes nümayəndələrini demək olar ki, çağırmadığını qeyd etdi:
"Toylar kəskin surətdə azalıb, yanvar və fevral ayında cəmi 3 dənə toyumuz olub. Toy sahibləri müğənniləri dəvət etmirlər. Onlar daha çox şadlıq evinin təklif etdiyi müğənnilərə üstünlük verirlər. Həmin müğənnilərin xidmət haqqı isə 250-800 manat arasında dəyişir".
Müğənni Əlikram Bayramov da toyların sayının azaldığını deyib. Dekabr ayında 10 toy məclisində iştirak etməsinə baxmayaraq, hazırda toyu olmadığını bildirib. Lakin o, toy qiymətini aşağı salmamağı düşünür. Müğənni əlavə edib ki, bəlkə də qiyməti ola bilsin bir az qaldırdı.
Səməd Səmədov - xalq artisti
Toylar kralı kimi tanınan xalq artisti Səməd Səmədovun da toyları azalıb: “Hazırda toylar yoxdur. Hamı səbrsizliklə mart-aprel aylarını gözləyir. İnanıram ki, yaxşı olacaq”. Müğənni əlavə edib ki, mart ayına artıq 3 toy danışıb.
Manaf Ağayev - müğənni
İfaçı Manaf Ağayev isə bildirib ki, toy qiymətlərini aşağı salıb. O, əlavə edib ki, imkan dərəcəsində hamıya güzəşt edir. M.Ağayev hətta toylara pulsuz gedə biləcəyini də deyib.
Ötən ilin dekabr ayından etibarən manatın ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkədə bir sıra sektorlarda qiymət artımına səbəb olmaqla yanaşı, müğənniləri də öz toy qiymətlərini müəyyən qədər artırmağa vadar edib. Onlar da ölkədə dolların bahalaşdığını əsas gətirərək toy sahiblərinə daha yüksək məbləğ təklif edəcəklərini demişdilər. Lakin toy sahibləri qənaət etməyə üstünlük verirlər. Onlar şadlıq evinin təklif etdiyi populyar olmayan müğənniləri sifariş edirlər. Beləliklə, araşdırmadan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda müğənnilərin toy biznesi "ölməyə" başlayıb.