Nəsrin Cavadzadə ən çox dil bilən aktrisa olacaq
Kateqoriya məlum deyil
Ötən həftə "Bizim Hikaye” serialından ayrılan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə dil biliklərinin sayını artırmağa qərar verib.
Sfera.aztürk mediasına istinadən xəbər verir ki, aktrisa serialdan ayrılsa da boş durmayacağını, yapon və ərəb dillərini öyrənəcəyini bildirib.
Rus, ispan, Azərbaycan və ingilis dillərində danışmağı bacaran Nəsrin Cavadzadə boş vaxtlarında ərəb və yapon dillərini öyrənmək üçün dərslərə başladığını deyib.
Türkiyə mediasında qeyd edilib ki, Nəsrin Cavadzadə daha iki dil də öyrənə bilsə, ən çox dil bilən aktrisa olacaq.
Sfera.az






