Logo

Afaq Gəncəli: "Yaxşı ki, oğlum dəhşətli ağrılar yaşamadı..." - VİDEO

Afaq Gəncəli: "Yaxşı ki, oğlum dəhşətli ağrılar yaşamadı..." - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Oğlumda 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında rəhmətə getdi".

Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ATV-nin efirində yayımlanan "Bizimləsən"

verilişində qonaq olan teleaparıcı Afaq Gəncəli rəhmətə gedən oğlundan danışıb:

"Bu xəstəliyin qarşısını almaq mümkün olmadı. Davamlı müalicələr etdik. Yaxşı ki, dəhşətli

ağrılar yaşamadı. Komaya düşdü. Komaya düşməmişdən əvvəl yeməyi yaxşı idi, ancaq gülürdü.

Oğlumda 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında rəhmətə getdi.

Stress və qorxudan yarandı. Atam dünyasını dəyişəndə oğlum yanımda idi. Atam rəhmətə

getməmişdən öncə oğlumda bu xəstəlikdən əsər-əlamət yox idi. Heç vaxt ağlıma gəlməzdi

ki, bu xəstəliklə mübarizə aparım. Hər hansı ananı görəndə deyirəm ki, uşaqlarınızdan müğayat olun.

Hər hansı bir yeri ağrıyırsa, mütləq həkimə aparın. Oğlum mənə deyirdi ki, ana, yuxum gəlir.

Fikirləşirdim ki, yəqin yorulub. Bu yorğunluq, ağrı bu xəstəliyin əlaməti imiş. Onurğasında idi

deyə ayağına təsir etdi. Axsayırdı, axsaya-axsaya müalicəyə apardım".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR