Gülyanaq Məmmədova: "Bir aydır ayrılmışıq..."
Kateqoriya məlum deyil
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları "5/5" verilişinin qonağı olublar.
Sfera.az axşam.az-a istinadən bildirir ki, bacılar aparıcı Zaur Kamalın "Heç vaxt aralarında söz-söhbət olmur. Bir binada yaşayırlar, heç vaxt soyuqluqları olmayıb. Olubsa da, evdən çıxmayıb" sözlərinə belə cavab verib. Gülyanaq bildirib ki, artıq eyni binada yaşamırlar:
"Bir aydır ayrılmışıq, başqa evə köçmüşük. Amma bizsiz qala bilmirlər, qayıdacağıq həmin evə".
"Bizim mübahisəmiz buna görə olur. Deyirəm, qayıdın, hara getmisiz", - Gülyaz deyib.






