Logo

Məşhur müğənni haqqında şok qərar: 16.3 milyon avro ödəyəcək

Məşhur müğənni haqqında şok qərar: 16.3 milyon avro ödəyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyaca məşhur müğənni, əslən kolumbiyalı Şakira 16.3 milyon dövlətə vergi borcunu ödəməlidir.

Sfera.azxəbər verir ki, bu haqda qərarı  Barselona məhkəməsi verib. Kolumbiyalı müğənni 2012-2014-cü illərdə Barselonada yaşayarkən sənədlərlə özünü Baham adalarında yaşayırmış kimi göstərib və bununla da külli miqdarda vəsaiti vergidən yayındırıb.

İspaniya qaydalarına görə, ən azı 183 gün ölkədə qalan şəxslər dünya miqyasında əldə etdiyi gəlirdən vergi ödəməlidi. Şakira bu ilin fevralında vergi idarəsinə borclu olduğu 32 milyon avronu ödəmişdi. İndi isə onun daha 16,3 milyon avro borcunun olduğu müəyyənləşib.

Şakira özünü günahkar hesab etmir. Buna görə də, vergi idarəsi ilə Şakira arasında problem yaranıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR