Logo

"Elza qorxa-qorxa evimə gəlib..." - Nazpəridən cavab

"Elza qorxa-qorxa evimə gəlib..." - Nazpəridən cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub.

Müğənni qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahan haqda danışıb. O, Elzanın "Sən mənim tələbəm olmusan" sözlərini ələ salıb:

"Müəlliməmi təqdim edəcəm. Mənim böyük sənətkar müəlliməm olub xəbəriniz var? Bilməmişəm, müəlliməm yeni peyda oldu. Gördüm ki, bir nəfər həmkarlarına hörmətsizlik edir. Dedim, gəlin bir-birimizə hörmət edək. Biz musiqiyə irad bildirməliyik. Bu isə uşaqları təhqir edir. Ancaq "mən belə, mən elə" deyir. Susub otururam, bu danışır.

Hamımız həmkarıq, olmaz. Birdən-birə eşitdim ki, Elza Seyidcahan desin ki, tələbəm olmusan. Mən "Əməkdar artist" adını alanda Elza qorxa-qorxa evimə gəlib deyirdi ki, mahnımı oxu, tanınım".

Qeyd edək ki, Nazpəri ilə Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında yaşanıb. Elza Nazpəriyə onun tələbələrinin adını deməməsinə əsəbiləşib. Söz-savaşına çıxan ifaçılar arasında gərgin anlar yaşanıb. Nazpəri küsərək efiri tərk edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR