“Nə məcburdu gedib kreditlərə girirsən?”
Kateqoriya məlum deyil
ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Yaşar Yusub olub.
Müğənni bəzi insanların borca-xərcə düşüb, özü üçün şəxsi əşyalar almasını tənqid edib:"Həyatımda ən çox sürdüyüm avtomobil gördüyünüzdür. "Niyə dəyişmirəm?" deyə soruşsaz, əgər bir problemi yoxdursa, niyə də dəyişim. Zamanla ehtiyac yaranarsa, o başqa məsələ. Adam var qudurğanlıq edir. Pulu yoxdur, kreditə girir, böyük xərclər çəkir, gedir avtomobil alır, telefon alır. Məndə bu cür xasiyyət yoxdur. Normal avtomobil də sürərəm, nomal geyinərəm də, normal telefon da istifadə edərəm. Görürəm ki, bu, mənim işimə yarayır və problemi yoxdur, o zaman yenisini almağa nə gərək var ki?"
"Nə məcburdu?" sualını bir çoxlarına ünvanlayan Yaşar "qonşuda var məndə də olsun", prinsipini irəli sürən həmkarlarını qınayıb:
"Nə məcburdu ki, sən gedib kreditlərə girirsən? Bir avtomobilim var, biri də olsun. Onda var, məndə niyə olmasın? Əgər ondan yararlanmırsansa, nəyə gərəkdir. Özümü bu kimi düşüncələrlə məhv edəcəmsə, o zaman olmasın, az olsun, yaşayım". /milli.az






