Logo

Sәnin bacın vә ya qohumun olan bir gәnc qızı sәhnədә - Əxlaqsızlıq ittihamı...

Sәnin bacın vә ya qohumun olan bir gәnc qızı sәhnədә - Əxlaqsızlıq ittihamı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ODA Teatrı Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məliki məhkəməyə verir.

Aznews.az məlumatına görə, buna səbəb aktyorun ODA teatrını əxlaqsızlıqda suçlamasıdır. O, bir müddət əvvəl mətbuata açıqlamasında bildirb ki, ODA milli әxlaqdan, tәrbiyәdәn, mәnәviyyatdan uzaq olan, gәnclәr arasında әxlaqsızlıq toxumu sәpәn bir teatrıdır:"Mən bu teatrı qәbul edә bilmәrәm. Mütlәq sәhnәdә lüt qızlar, oğlanlar olmalıdır? Sәnin bacın vә ya qohumun olan bir gәnc qızı sәhnədә o cür görmәk sәnә xoş gәlәr? Ayaz Salayevә gәlәr! Çünki o qrupun idioluqudur”.

Oda Teatrının rəhbəri Elmin Bədəlov açıqlamasında R.Məlikin onları bununla ikinci dəfədir ki, təhqirlər etdiyini bildirib:“Biz ona qarşı həmişə tolerant yanaşmışıq. Lakin Xalq artistinə yaraşmayan ifadələri ilə tez-tez teatrın imicini ləkələməyə yönəlik açıqlamalar verir, bizə böhtan atır. Bu belə davam edə bilməz. Ramiz Məliki məhkəməyə verəcəyik. Bu da bizim haqqımızdır. Əgər üzr istəməsə, fikrimizdən dönən deyilik”.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR