Logo

Türkiyə mətbuatı: “Röya ilə Koray mahnını bir-birindən pis oxuyub” – VİDEO

Türkiyə mətbuatı: “Röya ilə Koray mahnını bir-birindən pis oxuyub” – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin uzun müddətdir ki, gözlədiyi Yıldız Tilbenin mahnılarından ibarət "Yıldızlı şarkılar” albomu işıq üzü görüb. "Poll production" tərəfindən hazırlanan albomda Gülşən, Hande Yener, Demet Akalın, Aleyna Tilki, Ferhat Göçer, Elif Kaya, Murat Dalkılıç, Edis kimi məşhur 39 müğənni yer alıb.

Onlar arasında əməkdar artist Röya da var. O, albomda Yıldız Tilbenin illər öncə səsləndirdiyi "Ummadığım anda" mahnısını ifa edib.

Sfera.az xəbər verir ki, "Milliyet” albom haqqında yazı hazırlayıb. "Yalnız çiçək” mahnısını oxuyan Aleyna Tilki ən çox bəyənilən seçilib. Ondan başqa Ceylan Ertem, Demet Akalın, Deniz Seki, Gülşen, Hakan Altun, Hande Yener, Serdar Ortaç, Sibel Can, Zerrin Özer də ifaları ilə qəlbləri fəth edib.

Ən çox bəyənilməyən isə Murat Dalkılıç olub. Ondan başqa Asil Gök, Bahadır Tatlıöz, Ferhat Göçer, Berkay, Cem Belevi, Işın Karaca, Ece Seçkin, Derya Uluğ, Mustafa Ceceli də ifası ilə bəyənilməyənlər sırasında yer alıb.

Yazıda Röyanın ifasına da toxunulub. Albomda yer alan "Ummadığım anda” mahnısını Koray Avcı və Röya oxuyub. Korayın başqa mahnı oxuması daha məqsədəuyğun olduğu yazılıb.

Röya ilə Korayın mahnını bir-birindən pis oxuduğu qeyd edilib.(Musavat.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR