Özündən yaşca kiçik kişi ilə evlənən azərbaycanlı məşhurlar - SİYAHI

16:53 / 14.05.2018
26548
Yerli şou-biznes nümayəndələri yaradıcılıqları ilə yanaşı şəxsi həyatları ilə də tez-tez gündəmə gəlirlər. Onların sevgililərinin, həyat yoldaşlarının vəzifəsi, yaşı isə daim müzakirəyə səbəb olan mövzulardandır.
Sfera.az həyat yoldaşından yaşca böyük olan azərbaycanlı xanım məşhurların siyahısını təqdim edir:
Mərhum xalq artisti Nəsibə Zeynalova özündən 11 yaş kiçik olan Mütəllim Novruzovla evli olub.
2013-cü ildə Royal adlı şəxslə evlənən aktrisa Tünzalə Əliyevanın ərindən 5 yaş böyük olduğu deyilir.
Küsüb-barışma xəbərləri ilə gündəmə gələn Natavan Həbibi isə həyat yoldaşı, reper Dadodan 7 yaş böyükdür.
Müğənni Səbinə Babayeva həyat yoldaşı Cavidan Şərifovdan 6 yaş böyükdür.
54 yaşlı müğənni Nazənin də özündən 4 yaş kiçik şəxslə evli olduğu iddia edilir.
Xuraman Əlizadə də özündən yaşca kiçik olan Samir Bayramovla evlənib.
Open.az