“Avroviziya” qalibi yarış zamanı pilləkənlərdən belə yıxıldı – VİDEO
Kateqoriya məlum deyil
İnternetdə "Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi olmuş israilli Netta Barzilayın pilləkənlərdən yıxılma videosu yayılıb.
Sfera.az xəbər verir ki, qəzanın görüntüsü "YouTube”da paylaşılıb. Hadisə müsabiqənin birinci yarıfinalında, 8 may tarixində baş verib. Qız ciddi travma almayıb.
Qeyd edək ki, 13 may gecəsi Lissabonda baş tutan final gecəsi Netta Barzilay Toy (Oyuncaq) mahnısı ilə qalib gəlib. İkinci yeri kiprli Eleni Fureyra, üçüncü yeri avstriyalı Sezar Sempson tutub.






