Rəqsanə: “Damlanı Rusiyadan sevgilisi qovdurub”
Kateqoriya məlum deyil
Bir müddətdir müğənni Damlanın Rusiyadan deportasiya edildiyi şaiyəsi yayılıb.
Sfera.az xəbər verir ki, bəziləri Damlaya Rusiyada yaşayan həmkarı Rəqsanənin qadağa qoydurduğunu deyib.
Lakin Rəqsanə bütün bu söz-söhbətlərə son qoyub:
"Mənim Damlayla nə işim var? Uşaqdır, ona baxanda öz gəncliyim yadıma düşür. Bəli, əlim çox uzundur. Lakin Damlaya qadağa qoydurmamışam. Nə işimə qalıb? 3-4 ildir sənətə gələn adamdır. Damla özü yaxşı bilir ona kim qadağa qoydurub. Bu onun şəxsi həyatı ilə də bağlı ola bilər”.(open.az)






