Logo

"Torbamı pambıqla tikdilər"

"Torbamı pambıqla tikdilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin mahnısı martın 12-si "Youtuba" yüklənildi. Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?

Bu sözləri müğənni Murad Arif sosial şəbəkədə yazıb.

O, ölkədə bir nömrəli "Eurovision" mütəxəssisi olduğunu deyib: "Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli "Eurovision" mütəxəssisi Murad Arifdir. Amma mənim İTV-də "Eurovision" tok-şoularında iştirakımı əngəlliyirlər.

Bu adamlarda bu qorxunun səbəbi nədir? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərini hazırlayanı, işlətdiyiniz "Avroviziya" kəlməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə... Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil, sanki..."/musavat.com
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR