Logo

Youtubda dünya rekordunu qıran azərbaycanlı müğənni Elnarənin qardaşı qızıdır - VİDEO

Youtubda dünya rekordunu qıran azərbaycanlı müğənni Elnarənin qardaşı qızıdır - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyadan, Türkiyədən təklif alan, bir anda məşhurlaşan Nahidə Elnarə Abdullayevanın qardaşı qızıdır.

Sfera.az xəbər verir ki, Xəzər TV –nin "55” verilişinin qonaqları xanəndə Elnarə Abdullayeva və tez bir zamanda məşhur olan Nahidə Babaşlı olub. Aparıcı gənc istedadlı qıza necə məşhurlaşdığını sual edib. Nahidə isə gözləmədiyi halda məşhurlaşdığını bildirib:

"Murad Göyəbakanın "Ay üzlüm” mahnısını oxudum və Yutuba qoydum. İnanmazdım ki, 6 milyondan çox baxılacaq. Bir anda məşhurlaşacam və xarici dövlətlərdən təklif alacam. Hələ xarici təklifləri qəbul etmirəm. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kursunda oxuyuram. Dərslərimi bitirim, bundan sonra çağırışlara cavab verəcəm”.

Qeyd edək ki, Nahidə Baxışlı xanəndəyə çox yaxın ailənin qızı olduğundan qardaşı qızı kimi təqdim edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR