Logo

Bu il bu sahə üzrə Nobel mükafatı verilməyəcək - QALMAQAL

Bu il bu sahə üzrə Nobel mükafatı verilməyəcək - QALMAQAL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayacaq.

Sfera.az bildirir ki, bu barədə Nobel Fondunun yaydığı press-relizdə deyilir.

Məlumatda bildirilir ki, Nobel Fondu İsveç Akademiyasının ədəbiyyat sahəsində 2018-ci il üzrə Nobel mükafatının təqdimatının təxirə salınması qərarını dəstəkləyir. Mükafatın 2019-cu ildə verilməsi nəzərdə tutulub.

İlkin məlumata əsasən mükafatın təqdim olunmasının bu il təxirə salınmasının səbəbi İsveç Akademiyasının üzvlərindən birinin həyat yoldaşına qarşı irəli sürülən cinsi təcavüz ittihamı və mükafata namizədlər haqqında məlumatların sızdırılmasıdır.

Qeyd edək ki, bir müddət əvvəl akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı Yan Klod Arnault 18 qadına qarşı seksual sataşmalarda ittiham edilmişdi. (APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR