“Bakı, mən səni sevirəm” - FOTOLAR/VİDEO

“Bakı, mən səni sevirəm” - FOTOLAR/VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23, 24 və 25-də təqdimat mərasimi keçiriləcək.

 

Sfera.az xəbər verir ki, layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri “Mosfilm” kinokonsernində istehsal olunub.

 

Heydər Əliyev Mərkəzində təşkil olunacaq təqdimat mərasiminin ilk günündə filmin yaradıcı heyəti iştirak edəcək. “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılmış qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Hadisə”) ibarətdir. Fimlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya),  Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

 

Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarətdir. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb. Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar var.

 

Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlərin baş qəhrəmanı Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya məhkəməsi Bakir Səfərovun həbs müddətini uzatdı

İyunun 27-si Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...