Qadınlarla bağlı qalmaqallı açıqlama verən meyxanaçıya CAVAB: "O kimdir ki, sözlərinə fikir verək?"
"Qadınlar kişilərlə bir yerdə işləyə bilməz! Gözümü açıb belə görmüşəm”
Ona xanım sənətçilərlə səhnə alması xatırladıldıqda isə deyib:
"Mən öz evimdəki qadınlara cavabdehəm. Onu gedin həmin xanımların evlərindəki kişilərdən soruşun!"
Meyxanaçının bu sözləri birmənalı qarşılanmayıb. Meyxanaçının həmkarları və digər tanınmışlar bu barədə fikirlərini Sfera.az-a açıqlayıblar:
Meyxanaçı Ağamusa işləyən qadınları dəstəklədiyini deyib:
"Mən qadınların işləməsinə normal baxıram. Zəhmətkeş qadınlar işləməli və öz işində verdiyi dəyəri görməlidir. Bu Oktayın öz şəxsi fikridir. Yəqin ki, xarakteri belədir. Mən işləyən qadınları dəstəkləyirəm".
Müğənni Bəsti Sevdiyeva da işləyən bir qadın olaraq fikirlərini dilə gətirib:
"Mənim qadınların işləməsinə münasibətim çox yaxşıdır. Özüm də çalışan bir qadınam. İllərdir universitetdə çalışıram və dərs deyirəm. Hərə öz sahəsində çalışsa, əla olar. Bunun nəyi pisdir ki? Hər bir xanım özünü inkişaf etdirməlidir”.
Müğənni Manaf Ağayev kişilərin qadına qadağa qoymasının düzgün olmadığını deyib:
"Mən qadınların işləməsinə normal baxıram. Qadınlar işləməlidir və kişilər bunun qarşısını almamalıdır”.
Müğənni Nəzakət Teymurova isə ümumiyyətlə, adı çəkilən meyxanaçını tanımadığını və onun fikirlərinin cəmiyyət üçün maraqlı olmadığını bildirib:
"Mən qadınların işləməsinə əla baxıram. Oktay Kamili heç tanımıram. O kimdir ki, onun sözünə də fikir verək? Mən qadınların işləməsinə çox yaxşı baxıram və belə bəsit fikirlər mənə maraqlı deyil”.
Şükufə Süleymanlı
Sfera.az






