Logo

Məşhurlardan sabahkı mitinqə REAKSİYA

Məşhurlardan sabahkı mitinqə REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Şura sabah mitinq aksiyası keçirəcək.

Məşhurlar bu mitinqlə bağlı fikirlərini Sfera.az-a açıqlayıblar.

Respublikanın əməkdar artisti Tahir İmanov:

"Artıq neçənci dəfədir ki, İlham Əliyevə səs verirəm. Ondan qabaq da Heydər Əliyevə səs vermişəm. Lazım olsa hələ bütün həyatım boyu Əliyevlərə səs verəcəm.B izim ailəmiz Əliyevlərə 60-cı illərdən səs verir. Bəstəkar Süleyman Ələsgərovdan tutmuş Tahir İmanova qədər bütün ailəmiz Əliyevlər ailəsi üçün səs verib və verməkdə də, davam edəcək. Bizim nəvələrimiz, nəticələrimiz də, bu yolla gedəcək. Milli Şura istəyir göyə dırmaşsın, istəyir yerə girsin bu heç nəyi dəyişməyəcək. Seçkilər bitib və İlham Əliyev Prezident seçilib. Nə qədər ki, İlham Əliyev var, o həmişə qalib gələcək".

Respublikanın əməkdar artisti Abbas Bağırov:

"Mən Prezidentimə səs vermişəm və bununla da kifayətlənirəm. Bir vətəndaş kimi səslər məni qane edir. Mən həmişə Prezidentimizi dəstəkləmişəm və nəticələrin doğru və şəffaf olduğuna da əminəm".

Respublikanın xalq artisti Briliant Dadaşova:

"Seçki prosesində razı və narazı tərəflər həmişə olur. Bu tək siyasətdə yox digər sahələr də baş verir. İnsanların təbiəti ilə bağlı olan bir şeydir. Mən öz yerimə səsimi vermişəm və Prezidentimiz İlham Əliyevi seçmişəm. Bunun hamı üçün xeyirli olacağına inanıram".

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR