Logo

Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məşhurlarımızın dəfələrlə ən sadə suallara belə cavab verə bilmədiklərinin şahidi olmuşuq.

Bəziləri Eynşteyni tanımır, bir çoxları isə nitqlərini düzgün qura bilmir. Azərbaycanlı məşhurların, sənət adamları, aparıcıların çox istifadə etdiyi "İnstagram”-da şəkillərə yazdıqları başlıqlar isə əksəriyyətinin Azərbaycan dilində bir cümləni belə normal yaza bilmədiklərini göstərir.

Dilin normaları bir yana, çoxları heç Azərbaycan əlifbasını belə bilmir. "Ş” hərfi əvəzinə ümumiyyətlə dilimizə yad "w” yazanlar, "q” hərfini əlifbadan silib, ancaq "g” yazmaqları və yaxud heç özlərinin də anlamadığı cümlə quruluşları…

Minval.info-nun əməkdaşı cəmiyyətin yaxşı tanıdığı, çox sevdiyi müğənni və aparıcıların "İnstagram” hesablarına göz gəzdirərək, onların Azərbaycan dilinə nə qədər yad olduqlarını aşkarlayıb:

Araşdırmamıza Talıb Taledən başlasaq, görünür, müğənni konsert verdiyi İsrailinin dilimizdə necə yazıldığından xəbərsizdir. Durğu işarələri ilə arası olmayan müğənni, qarşısında şəkil çəkdirdiyi məscidin necə yazıldığını da bilmir. Talıb Taleh də "q” hərfinə haqsızlıq edənlərdəndir. "Məqsəd” sözünün "Məksəd” kimi yazılması bunu göstərir.

Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR
Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

Efirdəki savadsızlıqlarını sosial şəbəkələrdə də nümayiş etdirən Sevil Sevinc bacılarının ağıllı telefonlarında ya boşluq qoymaq üçün düymə işləmir, ya da onlar SMS dövründəki kimi sözləri bitişik yazmağa adət ediblər. Sözləri orfoqrafiya gözləmədən, dedikləri kimi yazan bacılar, həmçinin "da” ədatının ayrı yazılması barədə qrammatik qanundan heç xəbərdar deyillər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR