Həyat yoldaşı ərəb şeyxi ilə yemək yeyən müğənni: "Xanımıma qadağa qoymuram"
Kateqoriya məlum deyil
Sərdar Ortacın həyat yoldaşı Kloe Ortac Amerikada bir bəy ilə yemək yeyərkən kameralara yaxalanıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bununla bağlı mediaya açıqlama verib.
O deyib ki, "ABŞ-da bir çox dostumuz var. Həyat yoldaşım da onların biri ilə yeməyə gedib. Yemək yeməyə də qadağa qoyum? Amerikada qalan türklər isə qeybəti sevdikləri üçün bu hadisəni böyüdürlər. Guya ki, xanımım bir ərəb şeyxi ilə yemək yeyib. Belə şey yoxdur. Həyat yoldaşım elə qadın deyil. Boşanmağımızı istəyirlər amma boşanmayacağıq. Mən xanımıma qadağa qoymuram".
Qeyd edək ki, bir müddət əvvəl Ortacın həyat yoldaşı açıq-saçıq şəkilləri ilə gündəmə gəlmişdi.
Şükufə Süleymanlı
Sfera.az






