Logo

Türkiyənin gündəmindəki 511 milyonluq dələduzluq hadisəsi barədə film çəkilir

Türkiyənin gündəmindəki 511 milyonluq dələduzluq hadisəsi barədə film çəkilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin gündəm mövzularından biri olan "Çiflik Bank" dələduzluğu ilə bağlı film çəkiləcək.

Sfera.az Türkiyə mətbuatına istindən xəbər verir ki, filmin Hollivud filməri səviyyəsində olacağı deyilir. Filmin baş rolunda "Pis Yedili” serialından "Orço" obrazı ilə tanıdığımız Burak Alkış və "Kardeş payı”, "Fırtına” kimi filmlərdən tanıdığımız Fercan Bay rol alacaq. Film üçün yüksək büdcə ayrılıb.

Xatırladaq ki, Türkiyədə keçmiş restoran qabyuyanı və arıçılıq təsərrüfatının fəhləsi Mehmet Aydın qurduğu misli görünməmiş dələduzluq sxemi sayəsində on minlərlə insandan 511 milyon TL pul toplayaraq Uruqvaya qaçıb. 27 yaşlı Mehmet Aydın əvvəlcə internetdə "Çiftlik bank” adlı oyun yaradıb. Bu oyuna qatılanlar "virtual heyvan” alaraq onları Aydının qurduğu virtual "fermada” saxlayır və bir müddət sonra həmin "heyvanların” satışından gəlir əldə edirdi.


Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR