Logo

Aybəniz Haşımova sosial şəbəkələrin bağlanmasını buna görə istəyirmiş: "Biri həbsə gedəcək, biri də torpağa..."

Aybəniz Haşımova sosial şəbəkələrin bağlanmasını buna görə istəyirmiş: "Biri həbsə gedəcək, biri də torpağa..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Respublikanın əməkdar artisti Aybəniz Haşımova internet portalların bağlanmasının tərəfdarı olduğunu deyib. O, bunu öz "Facebook" səhifəsində yazıb və hətta prezidentə müraciət edəcəyini bildirib.

Sfera.az Aybəniz Haşımovanın bu qədər əsəbləşdirən səbəbi aydınlaşdırmaq üçün onunla əlaqə saxladıq:

"Mən internet portallarını yox, sosial şəbəkələri nəzərdə tuturam. Girirlər bu şəbəkələrdə ağzına gələni yazırlar. Bilinmir kimlərdir. Yazılanlar hamısı da Azərbaycan xalqının adından yazılır. Bunun qarşısı alınmalıdır. Bu bizim üz qaramızdır. Hamı müraciət etsin, xahiş etsin ki, bu sosial şəbəkələr bağlansın. Artıq belə davam edə bilməz. Bu bizim xalqın adına ləkədir. Belə istifadəçiləri yığışdırmaq lazımdır. Cəmiyyət belə insanlarla hara gedir? Rastıma çıxıb, adam Bəxtiyar Vəhabzadə haqqında elə sözlər yazır ki, axı, sən kimsən.Və yaxud da, başqa dahilər haqqında yazırlar. O adamlar ki, Azərbaycan üçün canından keçib ona görə ki, siz onları ləkələyəsiz? Axı tək biz oxumuruq, bütün dünyadan oxunur bu xəbərlər".

Aybəniz xanım sosial şəbəkələrdəki profillərini bağlamasının səbəbindən də danışıb:

"Bir-iki gün bundan qabaq Mikayıl Müşviqlə bağlı yazı qarşıma çıxdı. Mən onu görüb ağladım. Bu insan 28 yaşında həyatını qurban verib bu millətə. Onu yazan adam heç Müşviqin bir sətiri belə deyil. Belə şeyləri görüb mən "Facebook" və "Instagram"ımı bağlamışam. Belə insanların səhifəsi silinməlidir. Bir yolunu tapıb onların səhifəsini bağlamaq lazımdır. Nə fərqi var ya məni söydülər, ya da başqa birini? Niyə biz bir-birimizi söyməliyik? Lap mən ölmüşəm,biri mənim haqqımda nəsə yazsa, mənim qohumlarım, yaxınlarım var. Onlar həmin adamı tapıb öldürə bilərlər. Onda biri həbsə gedəcək, biri də torpağa. Hansı yaxşıdır?

Sənətçi sosial şəbəkələrdə ona yazılan təhqirlərə də etirazını bildirib:

"O gün səfərlərin birində iştirak edə bilmədim. Bunu da sosial şəbəkəyə qoyublar. Biri də yazıb ki, ölsün də, nə olacaq ki? Mən öləndə rahat olacaqsız?Özümə bilmirəm necə baxım ki, yaşayım və bir az xalqıma qulluq edim. Mənim uşağım atasız qalıb sizdən, bu vətəndən ötrü. İndi istəyirsiz ki, anasız da qalsın? İnsanın əli necə gələ bilər belə bir şey yazmağa? İnsan necə əxlaqsız ola ki, belə bir fikir yaza. Hər gün yeni bir sosial şəbəkə çıxır və yeni adamlar peyda olur. Sonra da Azərbaycanın mədəniyyətində rolu olan insanlar haqqında olmadıq sözlər yazırlar. Bəzən elə savadlı ailənin övladı fikir yazır ki, adam dəhşətə gəlir. Mən bütün ömrüm boyu bunu deyəcəm: ya sosial şəbəkələr bağlanılsın, ya da belə insanların qarşısı alınsın. 5-6 nəfər cəza alsa yəqin ki, digər insanlar da bundan dərs götürər. Yoxsa, qarşısını almaq olmur bunun. Tanınmamış adam belə olsa, pis rəylər yazırlar. Bizim bir qohumumuz toydan şəkil paylaşmışdı və ona elə rəylər gəlmişdi ki, adam lap dəhşətə gəlir. Mən bu millətimizin bəzi nümayəndələrini yeni kəşf etmişəm. O qədər boğaza yığıldım ki, axırda bu yola baş vurdum".

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR