"İçerde"nin aşiq cütlüyü yenidən bir arada - FOTO
Kateqoriya məlum deyil
Cağatay Ulusoy keçmiş sevgilisi Duyğu Sarışınla barışıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cağatay ilə Duyğu paparazilərin hədəfinə tuş gəliblər. Onlar "İçerde” serialında tanış olmuş və eşq yaşamağa başlamışdılar. Bir müddət sonra isə cütlük ayrılıq qərarı almışdı. Lakin, görünür üzərindən 5 ay keçdikdən sonra bu ayrılığa dözə bilməyib yenidən bir yerdə olmaq qərarına gəliblər.
Qeyd edək ki, Duyğu Sarışın "Ufak tefek cinayetler” serialındakı "Burcu” obrazına həyat verir.
Şükufə Süleymanlı
Sfera.az






