Kənan Doğuludan təyyarə qəzasında ölən qızın xatirəsinə HÖRMƏTSİZLİK - Pulu geri qaytarmadı
Ötən ay "Subaylığa vəda” partisindən qayıdarkən təyyarə qəzası nəticəsində həyatını itirən "Başaran Holding"in varisi Mina Başaranın bu ay toyu baş tutacaqdı.
Sfera.az Türkiyə mətbuatına sitinadən bildirir ki, baş tutmayan toyla bağlı bəziq almaqallı məqamlar üzə çıxıb.
Belə ki, həmin toyda Kənan Doğulu səhnə alacaqmış, müğənniyə ödəniş isə əvvəlcədən olunub. Lakin, baş verən hadisələrdən sonra Kənan aldığı pulu Başaran ailəsinə geri qaytarmayıb.
"Habertürk"ün müxbiri Eslin Övet də bugünki yazısında həmin iddiaları dəstəkləyib:
"Kənanı çox sevirəm. Amma onun haqqında iddia olunanları evinə giriş-çıxışı olan adamlar deyir. Düzdür, onların indi o pula ehtiyacı yoxdur. Lakin bu onun vicdanına qalan məsələdir”.
Kənan Doğulu isə məsələ ilə bağlı açıqlama verməyib.
Şükufə Süleymanlı
Sfera.az






