Yaraşıqlı aktyordan ayrılan Sıla 2 həftədə yeni sevgili tapdı
Kateqoriya məlum deyil
Türkiyənin pop müğənnisi Sıla yeni sevgi münasibətinə başlayıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sılanın yeni sevgilisi Okan Can Yanıt adlı şəxsdir.
Bu xəbər Sıla pərəstişkarlarını təəccübləndirib. Çünki müğənninin keçmiş sevgilisi Ahmet Kuralla ayrılıqlarının üstündən iki həftə belə keçməyib. Onlar münasibətə 2017-ci ildə başlamış və bu ilin əvvəlində ani bir qərarla ayrıldıqlarını açıqlamışdılar. Lakin, cütlük sosial şəbəkədə olan birgə şəkillərini hələ də silməyib.
Şükufə Süleymanlı
Sfera.az






