Türkiyənin ən məşhur ulduzları "vampir" oldu - VİDEO
Kateqoriya məlum deyil
Türkiyəlilər artıq Hollivud səviyyəsində filmləri ilə gündəmə gəlirlər.
"Fi" serialı ilə xeyli tamaşaçı qazanan "Blu Tv" bu dəfə vampirlər haqqında serial yayımlayacaq. Artıq serialdan ilk görüntülər isə artıq internetdə yayılıb.
Serialın baş rollarında "Kiralık Aşk” filmindən tanıdığımız aktrisa Elçin Sanqu, çəkildiyi hər serialı ilə gündəmə gəlməyi bacaran aktyorlar Kərəm Bursin, Birkan Sokullu, aktrisa Serma Ərgəc olacaq.
Qeyd edək ki, yaraşıqlı aktyor Kərəm Bursin bu layihədə olmaq üçün Amerikadan gələn film təkliflərini rədd etdiyini açıqlayıb.
Şükufə Süleymanlı
Sfera.az






