Logo

İki məşhur müğənni arasındakı QALMAQAL qızışır: "Oğlunu əsgərə göndər!"

İki məşhur müğənni arasındakı QALMAQAL qızışır: "Oğlunu əsgərə göndər!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur müğənniləri arasında qalmaqal yaşanıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demet Akalın "Mehmetcik” qurumu tərəfindən təşkil olunan tədbirdə iştirak etməyib. Orada iştirak edənlərdən İbrahim Tatlısəs müğənniyə sosial şəbəkə vasitəsi ilə söz atıb. Buna cavab olaraq Demet Akalın sosial şəbəkədə "Mənim qardaşım mayın 2-si əsgər gedir, İbrahim Tatlısəs, siz də göndərin övladınızı. Hamınız göndərin. Görüm sizi”, - deyə yazıb.

Bundan sonra İbrahim Tatlısəs sosial şəbəkədə öz oğlunun əsgərlik şəklini qoyub və Demetə bu sözlərlə cavab verib:

"Demet xanım, sözüm sizə deyil. Sözü kimə atdığımı bilən var. Söhbət Vətən sevgisindən gedirsə, mənim oğlum əsgərlikdə olub. Uzun müddətli olaraq əsgərlik keçib. Həm də 3 medalla geri qayıdıb. Hətta xəbərlərə belə çıxmışdı. Arxivi araşdırıb özünüz tapın”.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR