Sevil və Sevinc bacıları əsəbləşdi: “Bəzilərinin gözü bizi götürmür”
Kateqoriya məlum deyil
Sevil və Sevinc Səfərovalar kliplərinin izlənmə sayını süni şəkildə artırmadıqlarını açıqlayıblar.
Sfera.az xəbər verir ki, əkiz bacılar "Instagram" səhifəsində öz kliplərinin "Youtube"da 3 milyon 750 min izləndiyini vuğulayaraq yazıblar ki, "Bəzilərinin gözü götürməyib, yalan, uydurma xəbərlər yazsalar da, biz bunu əldə etdik. Saxta baxış sayı yığanın Allah bəlasını versin!"
Qeyd edək ki, Sevil və Sevinc bacılarının "Dərdin nədir?” klibi də, "Youtube"da iki ay ərzində 4 milyon baxış əldə edib.
Şükufə Süleymanlı
Sfera.az






