Elza Seyidcahan \"Eurovision\"a qatılacaq? - Həmkarlarından dəstək gəldi

17:09 / 06.04.2018
3919
Bu gün Elza Seyidcahanın "Eurovision” üçün mahnı yazdığı ortaya çıxıb. Məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqına müsabiqə üçün mahnı yazılması istənilib və Elza Seyidcahan da "Tapmaca” adlı mahnısını təqdim edib. Lakin, müsabiqədə Farquharson, Sandra Bujurman və Stefan On tərəfindən hazırlanmış "Running Scared” mahnısı seçilib.
Bəs Azərbaycan "Eurovision”a Elza Seyidcahanın mahnısı ilə qatılsa, nəticə necə olardı?
Müğənni Bilal Əliyev Elza Seyidcahanı bu mənada dəstəkləyib:
"Elza Seyidcahan çox savadlı sənətkardır. Gözəl ifaçıdır. Bəlkə ondan da, yaxşı bir sənətkar mahnı verib və o seçilib. Əlbəttə, "Eurovision"a Elza Seyidcahan da, qatıla bilər. Rusiyadan "Nənələr” qrupu təmsil etmişdi və ikincilik qazanmışdılar. Əgər elə bir yaşlı kollektiv gedib yer tuta bilirsə, niyə də Elza Seyidcahan tutmasın? Bu yarışmaya kimlər qatılırsa, mən onlara uğurlar arzulayıram. Ümid edirəm ki, ən böyük qələbələr bizim olsun. Hər kəs öz üzərində işləsin və irəli getsin".
Müğənni Ədalət Şükürov da Elza xanımın yaradıcılığına hörməti olduğunu deyib:
"Mənim Elza Seyidcahana çox böyük hörmətim var. Elza xanım professional , ali savadlı sənətkarlardandır. Özü konservatoriyanı bitirib və oranın üzvüdür. Elzanın şeirlərinə qulaq asıram, onu özü mənə yollayır. Çox xoşuma gəlir. Mən Elza Seyidcahanın keçməməsində qəbahət görmürəm. Yəqin ki, bir-neçə təkliflər olub. Şuranın qərarına əsasən başqasının mahnısı seçilib. Elza xanım niyə də bizi təmsil etməsin? Özü çox ekstravaqand insandır. Bunun özü də, çox böyük rol oynayır. Baxmayaraq ki, "Eurovision” böyük yarışmadır, Azərbaycan dəfələrlə burada yer tutub hətta birincilik qazanıb. Əslində avropalılara nəsə təqdim etmək çox çətindir".
Müğənni Nazpəri Dostəliyeva həmin mahnını eşitmədiyini bildirib:
Mən düzünü desəm hələ Elzanın "Eurovision”a təqdim etdiyi mahnını dinləməmişəm. Elza çox yaxşı bəstəkardır, niyə də bizi təmsil edə bilməsin? Şeir yazmağını, mahnı oxumağını deyə bilmərəm amma yaxşı bəstəkardır. Mən Elzaya inanıram.
Şükufə Süleymanlı
Sfera.az