Məryəm Uzərlidən maraqlı açıqlama: "Üzümü Allaha əmanət etmişəm"
Kateqoriya məlum deyil
Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Uzərli reklama çəkilib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Atacay Kurumculuq" firmasının reklam siması olub.
O, bu reklamdan 1 milyon dollar gəlir əldə edib.
Aktrisa jurnalistlərin "üzünüzü siğortalamısız?" sualına belə cavab verib:
"Belə bir düşüncəm yoxdur, üzümü Allaha əmanət edirəm”.
Şükufə Süleymanlı
Sfera.az






