Çox istəyən Sinem azdan da oldu
Kateqoriya məlum deyil
Türkiyəli məşhur aktrisa Sinem Kobal "Romantik Komedi 3” filmindən kənarlaşdırılıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kobal filmdə çəkilmək üçün 1 milyon dollar pul istəyib. Film yaradıcıları isə bununla razılaşmayıb.
Qeyd edək ki, Sinem Kobal Kənan İmirzalıoğlu ilə ailə həyatı qurduqdan sonra kariyerasında düşüş yaşayır. Kobalın "Show TV"-də yayımlanan serialı da, reytinq əldə etmədiyindən bağlanmışdı. Bu vəziyyət onu çalışdığı prodüser şirkəti ilə də pis vəziyyətə qoyub.
Şükufə Süleymanlı
Sfera.az






