Kıvanc Tatlığun yeni evi fanatlarını təəccübləndirdi
Kateqoriya məlum deyil
Türkiyəli aktyor Kıvanc Tatlıtuğ ilə modelyer həyat yoldaşı Başak Dizer yeni ev sahibi olublar.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün yeni evi şəhərdən kənarda yerləşir. Evin sadə dizaynı ilə diqqət çəkdiyi deyilir.
Cütlüyün digər məşhurlardan fərqli olaraq dəbdəbəli yaşamaması fanatları tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, Kıvanc Tatlıtuğ 2016-cı ildə Parisdə ailə həyatı qurub.
Şükufə Süleymanlı
Sfera.az






