"Adriana ilə haqqımızda çıxan xəbərlər yalandır"
Kateqoriya məlum deyil
Metin Hara öz kitab təqdimatında dünyaca məşhur model sevgilisi Adriana Lima ilə olan münasibəti haqda danışıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, haqlarında çıxan bir çox xəbərin yalan olduğunu bildirib:
"Bu günə qədər yazılan xəbərlərin çoxu doğru deyil. Nə Adriananın hamiləliyi, nə də mənim qısqanclığımla bağlı olan xəbərlər doğruyu əks etdirir.
Bu dövrdə bu qədər məsafəyə, aramızdakı fərqlərə baxmayaraq bu münasibəti yaşamaq bizim üçün çox dəyərlidir. Heç zaman ayrılmadıq. Gözlər üzərimizdə olsa da, bu münasibəti davam etdirdik. Xarici media da, bu münasibətlə çox maraqlanır, lakin onlar bizim haqda müsbət xəbərlər yazır”.
Şükufə Süleymanlı
Sfera.az






