Logo

"Arvadımı döymüşəm" deyən Əli Mirəliyevə Flora Kərimovadan CAVAB: "Şou xətrinə..."

"Arvadımı döymüşəm" deyən Əli Mirəliyevə Flora Kərimovadan CAVAB: "Şou xətrinə..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Əli Mirəliyev "ARB TV"-nin efirində şiddətə meyilli olduğunu açıqlayıb. O, aparıcının ”əl qaldırmağa meyillisiz?” sualına "Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim. Yalanan efirdə deyim ki, yox biz mehribanıq. Evdə ər-arvad bir-birini yola verirsə, o normal ailə deyil", deyə cavab verib.

Onun bu sözləri birmənalı qarşılanmayıb.

Xalq artisti Flora Kərimova Sfera.az-a açıqlama verərək Əli bəyin fikirlərinə münasibət bildirib:

”Əlinin əl qaldırması yalan söhbətdir. Mən o ailəni yaxşı tanıyıram. Onun həyat yoldaşı əl qaldırılası xanım deyil, yaxşı xanımdır. İradəli, öz yerini bilən və təmizkar xanımlardandır. Əli nə xanımına, nə də başqa bir xanıma əl qaldıran insan deyil. Məndən soruşsunlar, mən deyim. Mən bu söhbəti eşidəndə dedim ki, ola bilməz Əli elə şey etsin".

Flora Kərimova Əli Mirəliyevin bu fikiləri məhz şou xətrinə səsləndirdiyini düşünür:

"Bir dəfə mən Əlidən soruşanda ki, niyə bunları deyirsən dedi ki, hamısı şou xətrinədir. Əli çox şey deyə bilər. Ancaq bunlar yalan söhbətdir. O, şou xətrinə edir ki, gündəmdə qalsın, qonarar alsın. İnanmayın, bu söhbətlərlə onu gülünc vəziyyətə salmaq istəyirlər. Əli elə bir adamdır kıi, nə qazanırsa, evinə aparır. O, həqiqəti üzə deyən adamdır. Əligildə tez-tez olurdum, onun xanımı məni çox gözəl qarşılayırdı. Əli, bəsdir özünü başqa göstərdin. Bu sən deyilsən. Camaatı çaşdırma. Qoy, onlar sənin necə biri olduğunu bilsinlər”.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR