Logo

Məşhurlar 1 apreli necə keçirirlər? - SORĞU

Məşhurlar 1 apreli necə keçirirlər? - SORĞU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1 aprel Dünya ölkələrində və Azərbaycanda gülüş, aldatma və zarafat günü kimi qeyd olunur. İnsanlar bu gündə ətrafındakılara zarafat etməklə onlarda təbəssüm yaratmağa çalışırlar.

Sfera.az saytı məşhurların 1 aprel ilə bağlı ən yadda qalan təsüratlarını sizlərlə bölüşür:

"Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov:

"Rafael bir dəfə məni gecə saat ikidə restoranın yanına çağırdı və dedi ki, "hesaba pul çatmır,qonaqlarım var və geri ödəmək üçün pul yoxdur". Mən də getdim həmin restorana və gördüm ki,ora bağlıdır. Zəng etdim ki,bəs buradayam, amma məkan bağlıdır. O da mənə bunun 1 aprel zarafatı olduğunu dedi.

Müğənni Baloğlan Əşrəfov:

"Mən uşaqlıqdan elə şərait yaratmışam ki,mənimlə zarafat etmirlər.Mənim xarakterimi bilən insan mənə qarşı zarafat etmir".

Müğənni Cabbar Musayev:

"Uşaqlıqda mənə zarafat edənlər çox idi. İndi isə onların heç biri mənim yadıma gəlmir. Elə şərait yaradıram ki, məni aldatmasınlar. Nəinki, bir apreldə heç bir gün məni kiminsə aldatmağına icazə vermərəm".

Əməkdar artist Cavanşir Məmmədov:

Mənim yadımda pislik qalır, zarafat yox. Mən hər gün insanlarla zarafat edirəm ona görə də, hamısını unuduram, pisliyi isə əsla.

Şükufə Süleymanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR