Logo

“Ölkədəki kişilərin yarısı homoseksualdır” – Müğənnidən ŞOK AÇIQLAMA

“Ölkədəki kişilərin yarısı homoseksualdır” – Müğənnidən ŞOK AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur müğənni Zerrin Özerin "Posta” qəzetinə verdiyi müsahibə  ölkədə rezonans yaradıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni müsahibəsində ölkədəki kişilərin yarısının homoseksual olduğunu deyib.

Onun sözlərinə görə, cəmiyyətin basqısı olduğu üçün onlar bunu etiraf etmir:

"Türkiyəli kişilərin 50 faizi homoseksualdır. Bu fikrimə əsəbləşəcəklər, bilirəm, lakin həqiqəti deyirəm. Bu vaxtadək Türkiyədə kim "mən geyəm", deyə etiraf edə bilib? Bunu etiraf edə bilməmələrinin səbəbi cəmiyyətin basqısıdır”.

Təcavüzə məruz qalaraq bakirəliyini itirdiyini deyən müğənni qalmaqallı açıqlamalarına belə davam edib:

"Təcavüzə uğrayaraq bakirəliyimi itirdim. Bu səbəbdən ailə quranadək bakirə qalmaq arzusunu içimdə boğub saxladım. Bəlkə də təcavüzə məruz qalmasaydım, bakirəlik mövzusunda bu qədər həssas danışmayacaqdım. Qız uşağı ailə quranadək bakirə olmalıdır. Bu vacibdir. Lakin indiki qızlar çox müasirdir, bu fikri qəbul etmirlər. İnsanların bu mövzuda belə müasir düşünmələrini qəbul edə bilmirəm. Hörmət, ədəb olmalıdır”.

Daha sonra müğənni Ərdoğana olan sevgisindən danışıb:

"Bu ölkədə özümü çox azad hiss edirəm. Mən dövlət sənətçisiyəm. TRT-də proqram aparıram, Ərdoğanı sevirəm, kimə nə”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR