Logo

Zamiq yarım milyona avtomobil alıb? – FOTO

Zamiq yarım milyona avtomobil alıb? – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tanınmış müğənni Zamiq Hüseynov yeni avtomobillə görüntülənib.

Sfera.az bildirir ki, ifaçının görüntüləndiyi maşın "Mercedes”in "S Class 600” modelinin "Maybach” versiyasıdır.

Ölkəmizdə az adamın istifadə etdiyi bu avtomobilin qiyməti isə təxminən 500 min manatdır.

Avtomobilin "10 PB 002” seriyalı nömrəsi də diqqət çəkib.

Məsələ ilə bağlı saytımıza danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu seriya hüquqi şəxslərə aid olan nəqliyyat vasitələrinə verilir:

"PB seriyalı nömrələr hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinə verilir. Həmin nömrə lizinq də, hər hansı şirkətə də məxsus ola bilər. Nömrənin kimə aid olduğu barədə isə məlumat verə bilmərik”.

Bu məqamda qeyd edək ki, sözügedən nömrə illər öncə Əməkdar artist Ədalət Şükürovun "Mercedes” markalı maşınında olub. Zamiqin görüntüləndiyi avtomobilin də ona aid olduğu iddialar arasındadır.

Qeyd edək ki, Zamiq bir neçə ildir "Jeep”in  "Wrangler Rubicon” modelindən istifadə edir.(Oxu.az)

Zamiq yarım milyona avtomobil alıb? – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR