Günü-gündən arıqlayan Natavan: "...yaşadıqlarıma görə ağlayıram”
Kateqoriya məlum deyil
"Yemək yemirəm, alınmır. Son vaxtlar ancaq su içirəm. Barmağımdan üzük düşür, saat taxa bilmirəm”.
Sfera.az bildirir ki, bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla” verilişində deyib.
Sənətçi son günlər arıqlamasının səbəbini açıqlayıb:
"Camaat yalvarır ki, yemək yeyim. Olmur, ürəyim istəyir, amma ağzıma yemək qoyan kimi boğazım bağlanır. Bu o demək deyil ki, mən yaşadıqlarıma görə ağlayıram. Özümü indi daha yaxşı hiss edirəm”.
Natavan saçlarının tökülməsi, parik taxması haqda yayılan xəbərlərə də cavab verib:
"Öz saçlarımdır, parik taxa bilmərəm. Heç vaxt da taxmamışam”.(ailəm.az)






