Logo

Təranənin avtomobilini əlindən aldılar

Təranənin avtomobilini əlindən aldılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış prodüser Təranə Səmədovanın avtomobili əlindən alındı.

Sfera.az Yenicag.az-a istinadən bildirir ki, prodüserin maşını banka külli miqdarda borcu olduğuna görə əlindən adınıb.

Saytımıza açıqlama verən prodüser xəbəri təsdiqləyib:

"Nə gizlədim, devalvasiyadan sonra borclarım artdı. Baxmayaraq ki, 25 min civarında olan avtomobilimə görə 30 min manat ödəmişdim, üstəlik 25 min də ödəməliydim. Çünki krediti dollarla götürmüşdüm. Bankdan mənə dedilər ki, avtomobili əlindən almalıyıq, əks halda, cinayət məsuliyyətinə cəlb ediləcəksən. Həmin gün ya bütün borcu ödəməliydim, ya da avtomobilimi təhvil verməliydim. Borcu bağlamaq üçün pulum olmadığından maşınımı əlimdən aldılar. Təki canım sağ olsun, indi taksi xidmətləri o qədər ucuzdur ki, heç şəxsi avtomobilə ehtiyac görmürəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR