Ancelina Coli özünə yeni sevgili tapdı
Kateqoriya məlum deyil
Bir vaxtlar Hollivudun ideal cütlüyü hesab edilən Bred Pittlə Ancelina Coli artıq özlərinə yeni həyat qurublar.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, 42 yaşlı aktrisanın özünə yeni sevgili tapdığı iddia edilir. Deyilənə görə, Ancelinanın sevgilisi maklerdir və yaşca aktrisadan xeyli böyükdür. Yaşına baxmayaraq, onun Hollivud aktyorları kimi yaraşıqlı olduğu deyilir.
Xatırladaq ki, Bred Pittin Ancelinadan boşandıqdan sonra keçmiş həyat yoldaşı, aktrisa Cennifer Eniston ilə yenidən bir araya gəldiyi iddia edilirdi.
Lalə Nəsirova






