Logo

Bu gün Akademik Milli Dram Teatrında yeni premyera olacaq

Bu gün Akademik Milli Dram Teatrında yeni premyera olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın "Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının Sfera.az-a verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.


Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur. Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR