Logo

Bu gün konserti olan Damla xəsarət aldı

Bu gün konserti olan Damla xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün solo konsertinə hazırlaşan məşhur müğənni Damla "Azərbaycan" adlı yeni klip çəkdirib.  

Müğənni klipdə tarixdə döyüşkənliyi ilə seçilən qəhrəman və qeyrətli qadın sərkərdə Tomris obrazını canlandırıb. Damla klip çəkilişi zaman bütün döyüş səhnələrini özü canlandırıb.

Sfera.az bildirir ki, bu haqda xəbərçi.az-a danışan məşhur müğənni çəkilişlər zamanı xəsarət aldığını da dilə gətirib:

"Aylardır hazırlaşdığımız layihəni reallaşdıra bildik. Soyuq, yağış, külək demədən hər gün var gücümüzlə, inadla həvəsdən düşmədik. Xəsarət alsam da, əllərimi yaralasam da, bu işdən zövq aldım. Tam hazırlıqlar yekunlaşdıqdan sonra sizlər də izləyə biləcəksiniz".

Bu gün konsertə tam hazır olan ifaçı bu cür halların onun sevimli tamaşaçıları ilə görüşünə əngəl ola bilməyəcəyini də açıqlayıb:

"Yüngül bir şeylər idi, keçdi getdi. Axşamkı konsertə tam hazıram və sevimli tamaşaçılarımla görüşə bir çox yeniliklərlə gəlirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR