Logo

Oleq Tabakov vəfat etdi

Oleq Tabakov vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov vəfat edib.

Uzun müddətdir komada olan aktyor bu gün dünyasını dəyişib. O, ötən ilin noyabrından xəstəxanada müalicə olunurdu.

Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar.

O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR